İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 Dekabr 2025 12:22
1 610
Bu gün Qazaxıstanın Almatı şəhərinin yaxınlığında zəlzələ baş verib.
Bu barədə "Bizmedia.kz" məlumat yayıb.
Məlumata görə, şəhər sakinləri təxminən saat 12:45 radələrində titrəyiş hiss ediblər.
Şəhərdə sirenalar işə düşüb və bəzi sakinlərə təhlükə barədə telefon vasitəsilə xəbərdarlıq göndərilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Təcili Hallar seysmik stansiyalar şəbəkəsi 2-3 bal gücündə zəlzələni qeydə alıb.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Bildirilir ki, Bişkek sakinləri də Almatı yaxınlığında baş verən zəlzələni hiss ediblər.