Ukrayna dronları Krasnodarda dəniz limanına zərbə endirib, yanğın baş verib Dünya

Ukrayna dronları Krasnodarda dəniz limanına zərbə endirib, yanğın baş verib

Ukrayna dronları Krasnodar diyarının Temryuk şəhərindəki dəniz limanına zərbə endirib.

APA xəbər verir ki, bu barədə ASTRA Telegram kanalı məlumat yayıb.

Nəticədə limanda yanğın baş verib, xəsarət alan yoxdur, heyət təxliyə edilib.

Rusiya Müdafiə Nazirliyi bölgə üzərində bir pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.

ASTRA Telegram kanalı limanda bir qaz terminalının yandığı qənaətinə gəlib.

Qeyd edilib ki, mayeləşdirilmiş karbohidrogen qazı da daxil olmaqla müxtəlif növ yüklər bu limandan keçir.

Bundan əlavə, Samara vilayətinin Sızran şəhərində dronlar neft emalı zavoduna hücum edib, Astra yerli sakinlərə istinadən xəbər verir. Sızran meri Sergey Volodçenkov şəhərə PUA-ların hücumunu təsdiqləyib, lakin zərbələrin nəticələri barədə məlumat verməyib.