13:11
497
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci toplantısı çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüşdə iki ölkə arasında uğurlu strateji tərəfdaşlıqdan məmnunluq ifadə olunub və mövcud sıx əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıq bir daha təsdiqlənib.
Gürcüstanla Ermənistan arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin dinamikası müsbət qiymətləndirilib.
XİN başçıları regionda baş verən proseslər ətrafında da fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasının vacibliyi və Gürcüstanın bu prosesə töhfə verməyə hazırlığı vurğulanıb.
Tərəflər münasibətlərin daha da inkişafı və dərinləşdirilməsi üçün müxtəlif sahələrdə fəal əməkdaşlığa hazırlıqlarını bildiriblər.