Çin XİN: Yaponiyanın hərbi fəaliyyəti ölkəmizin təhlükəsizliyinə təhdid yaradır Dünya

Çin XİN: Yaponiyanın hərbi fəaliyyəti ölkəmizin təhlükəsizliyinə təhdid yaradır

Çin Yaponiyanın bölgədəki hərbi addımlarının Çin təhlükəsizliyinə real təhdid yaratdığını bildirib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında vurğulanır ki, Yaponiyanın mütəmadi kəşfiyyat uçuşları və Çin ordusunun planlı təlimləri yaxınlığında həyata keçirdiyi müdaxilələr regionda dəniz və hava təhlükəsizliyi üçün ən böyük riskdir.

Pekinin tərəfinin sözlərinə görə, Tokio son insidentlə bağlı guya Çin qırıcılarının Yaponiyanın hərbi təyyarələrinə radar yönəltməsi barədə faktları təhrif edir və məsuliyyəti Çin tərəfinin üzərinə atır. Bu isə beynəlxalq ictimaiyyəti çaşdırmağa və gərginliyi artırmağa xidmət edir.

XİN bildirib ki, Yaponiya beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəldir, gərginliyi artıran tərəf məhz Tokiodur və bütün bu addımlar gizli siyasi məqsədlər daşıyır. Pekin Yaponiyaya kəskin etiraz edərək ondan Çin ordusunun planlı təlimlərinə mane olan təhlükəli addımları dayandırmağı, əsassız təbliğata son qoymağı və siyasi manipulyasiyaları dərhal bitirməyi tələb edib.