09:25
728
İndoneziya adasının Sumatra adasında baş verən şiddətli daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 950 nəfər ölüb, daha 274 nəfər isə hələ də itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təbii fəlakət nəticəsində 5 minə yaxın insan xəsarət alıb.
Bundan əvvəl ölənlərin sayı 900-ü ötmüşdü.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi təbii fəlakətin noyabrın sonundan bölgəyə yağan leysan yağışları nəticəsində baş verdiyini açıqlayıb. Sel suları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub və xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çatmasına mane olub.
Məryəm Quliyeva