Prezident: Slovakiya və onun qonşularına Azərbaycan qazının təchizatı daha da artacaq
Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir
Peter Pelleqrini: Slovakiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artmaqdadır
Pelleqrini: Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər
18:18
672
Rusiya Prezidenti Vladimir Putin və Macarıstan Baş naziri Viktor Orban 2026-cı ilin fevral ayında "Paks II" nüvə elektrik stansiyasının (AES) ilk beton tökmə mərasiminə dəvət olunublar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TASS"-a “Rosatom”un baş direktoru Aleksey Lixaçev bildirib.
İyunun sonlarında Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, "Paks II" nüvə elektrik stansiyası layihəsi ilə bağlı ABŞ sanksiyalarının ləğvindən sonra 2030-cu illərin ortalarına qədər yeni bloklar tikilə bilər. Onun sözlərinə görə, layihənin icrasından sonra Macarıstan təxminən 3,5 milyard kubmetr az təbii qaz idxal edə biləcək.
"Paks" Atom Elektrik Stansiyası Macarıstanda fəaliyyət göstərən yeganə AES-dir. Sosializm dövründə tikilmiş bu stansiya Macarıstanda bütün elektrik enerjisinin demək olar ki, yarısını istehsal edir və iki yeni atom elektrik stansiyasının aqreqatının işə salınması onun istehsal həcmini iki dəfə artıracaqdır. "Paks" AES-də 5 və 6 nömrəli yeni enerji bloklarının birgə tikintisinə dair sənədlər 2014-cü ildə Rusiya və Macarıstan tərəfindən imzalanıb. İşlərin ümumi dəyəri 12,5 milyard avro olacaq.
Məryəm Quliyeva