11:24
490
Litvada fövqəladə vəziyyət elan olunub.
APA “Reuters“ə istinadən xəbər verir ki, Belarus sərhədindən göndərilən hava şarlarının ictimai təhlükəsizliyə təhdid olduğunu əsas gətirərək Litvada fövqəladə vəziyyətin elan olunması ilə bağlı qərar verilib.
“Fövqəladə vəziyyət sadəcə mülki aviasiyaya törədilən maneələrə görə yox, həm də milli təhlükəsizliyimizə yönəlmiş təhdidlərə görə tətbiq edilir” , - Litvanın daxili işlər naziri Vladislav Kondratoviç bildirib.
Fövqəladə vəziyyətin nə vaxt kimi davam edəcəyi açıqlanmayıb.
Qeyd edək ki, Litva Belarusu sərhəddən hava şarları vasitəsilə ölkəyə qaçaq mal keçirməkdə ittiham edir.
Belarus bu ittihamı rədd edir və bunun Litva tərəfindən hazırlanmış bir provokasiya olduğunu iddia edir.