Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
Naxçıvan Ali Məclisinin deputatının mandatına xitam verilməsi məsələsi qaldırılıb
Azərbaycan və Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib
16:42
616
Qazaxıstanda 2027-ci ildə fəaliyyətə başlayacaq zavod ilk dəfə NATO standartlı mərmilər də daxil olmaqla artilleriya mərmiləri istehsal edəcək.
APA xəbər verir ki, bu barədə Qazaxıstan mediası “Great Sky” şirkətinin birinci direktor müavini Andrey Tixonenkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hərbi sursatlar “ASPAN” adlı layihə çərçivəsində dörd müdafiə müəssisəsində buraxılacaq.
Bu müəssisələrdə Qazaxıstan Silahlı Qüvvələrində istifadə olunan mina atanlar üçün mərmilər və artilleriya sursatları istehsal ediləcək və ixrac üçün NATO standartlı mərmilər buraxılacaq.
“Layihənin böyük perspektivi var, çünki istehsal üçün lazım olan bütün xammal – metal, pambıq, turşular və sair, – Qazaxıstanda mövcuddur”, – Andrey Tixonenko bildirib.