“Erməni kilsəsi siyasi idarəçiliyə müdaxilə etməyə çalışır”
9 Dekabr 20:46
9 Dekabr 20:46
9 Dekabr 20:45
9 Dekabr 20:39
9 Dekabr 20:39
9 Dekabr 21:13
861
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində 2025-ci ilin yekunlarına dair çıxışı zamanı Ermənistanla normallaşma prosesindən danışıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir 2025-ci ildə bu prosesin Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib və növbəti il üçün əldə olunacaq sülhü tarixi fürsət kimi qiymətləndirib.
“Ermənistanla normallaşma prosesi 2025-ci ildə də Azərbaycanla eyni istiqamətdə və koordinasiyalı şəkildə aparılıb. Qarşıdakı dövrdə bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün üzərimizə düşəni etməyə və yaranan tarixi fürsətdən yararlanmaq üçün tərəfləri təşviq etməyə davam edəcəyik”, – o bildirib.
2025-ci ildə Türkiyə və Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində prezidentlərin səfərlərinin xüsusi rol oynadığını bildirən nazir, regionda vacib hadisələrin baş verdiyini vurğulayıb:
“Tarixi və mədəni bağlara malik olduğumuz Cənubi Qafqazda 2025-ci ildə mühüm hadisələr baş verib. Qardaşlıq və müttəfiqlik münasibətlərinə sahib olduğumuz can Azərbaycan ilə yüksək səviyyəli ikitərəfli əlaqələrimiz, cənab Prezidentimizin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin səfərləri başda olmaqla, qarşılıqlı yüksək səviyyəli əlaqələr vasitəsilə sürətlə davam edir”, - nazir əlavə edib.
9 Dekabr 21:14
847
9 Dekabr 19:37
1 071
9 Dekabr 18:48
1 043