Estoniyalı siyasətçilər Rusiya üçün casusluğa görə məhkum ediliblər Dünya

Estoniyalı siyasətçilər Rusiya üçün casusluğa görə məhkum ediliblər

Avropa Parlamentinə namizədlik seçkilərində hakim partiyanın namizədlərini üstələyən estoniyalı siyasətçi Ayvo Peterson məhkəmə tərəfindən Rusiyaya casusluq ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib.

APA xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.

Məlumata görə, Petersondan başqa, digər siyasətçilər - Dmitri Rootsi və Andrey Andronov Tallin məhkəməsi tərəfindən Rusiya üçün casusluq etməkdə təqsirli bilinərək 11 il müddətinə həbs cəzasına məhkum ediliblər.

Qeyd edilir ki, Peterson Rusiya ilə dostluq tərəfdarı olduğunu açıqlamasına baxmayaraq, Avropa Parlamentinə namizədlik seçkilərində hakim partiyanın namizədlərini üstələyib və 11 507 səs toplayıb.

Bildirilir ki, Peterson KOOS/VMESTE hərəkatının liderlərindən biridir. O, 2023-cü ilin yazında Donetsk və Mariupolu ziyarət edərək rus mediasına müsahibələr verib ki, Estoniyada bu hərəkətlər “sabotaj fəaliyyəti” kimi qiymətləndirilib.