12:37
574
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan prezidentinin dəvəti ilə Aşqabaddakı forumda iştirak edir. Forum iştirakçılarını ev sahibliyi edən tərəf özü müəyyən edir.
APA-nın yerli bürosu xəbər verik ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Kobaxidzenin forumda Rusiya Prezidenti Vladimir Putinin də yer aldığı birgə fotoşəkildən niyə yayınmaması barədə suala cavabında deyib.
O, Gürcüstan hökumətinin yalnız gürcü xalqının maraqlarına uyğun hərəkət etdiyini bildirib.
“Biz xalqımızın milli maraqlarına hörmət etməyə hazır olan istənilən tərəflə dialoqa hazırıq. Maraqlar Gürcüstanın birləşdirilməsi və gürcü xalqının rifahının yüksəldilməsindən ibarətdir. İşğal səbəbindən Gürcüstan Rusiya ilə dialoq aparmır”, - Papuaşvili əlavə edib.
Jurnalistlərin Kobaxidze və Putin arasında danışığın aparılıb-aparılmayacağı sualına gəlincə, Papuaşvili onların arasında hər hansı bir görüşün planlaşdırılmadığını deyib.