Türkiyə MN ABŞ səfirinin S-400-lərlə bağlı dediklərinə münasibət bildirib Dünya

Türkiyə MN ABŞ səfirinin S-400-lərlə bağlı dediklərinə münasibət bildirib

Türkiyə Milli Müdafiə Nazirliyi S-400 sistemi ilə bağlı son günlərdə yayılan sanksiya iddialarının əsassız olduğunu açıqlayıb.

Nazirlik bildirib ki, Türkiyə və Vaşinqtonun tətbiq etdiyi sanksiyalar və Ankaranın F-35 qırıcı təyyarə proqramına yenidən qoşulmasına mane olan məsələləri müzakirə edir, lakin Türkiyənin Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemlərinə sahibliyi ilə bağlı heç bir dəyişiklik yoxdur.

Nazirliyin açıqlamasında həmçinin “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükü ilə bağlı məlumat verilib.

Bildirilib ki, Birləşmiş Krallıqdan yeni istehsal təyyarələrin təhvilinə qədər müvəqqəti həll olaraq Qətər və Omandan hərəsindən 12 ədəd olmaqla ümumilikdə 24 təyyarənin alınması planlaşdırılır.