Kallas: Aİ Rusiyaya qarşı 40 yeni tankeri qara siyahıya alacaq Dünya

Kallas: Aİ Rusiyaya qarşı 40 yeni tankeri qara siyahıya alacaq

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları, o cümlədən Rusiya neftini daşıdığı iddia edilən 40 tankerin qara siyahıya salınmasını müzakirə edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas Aİ nazirlərinin planlaşdırılan görüşünə gələrkən jurnalistlərə bildirib.

“Rusiyanın resurslarını məhdudlaşdırmaq üçün “kölgə donanmasının” 40 gəmisini, eləcə də onlara kömək edənləri qara siyahıya salacağıq”, - o deyib.

Bu, CBO-nun fəaliyyətə başlamasından bəri ilk dəfədir ki, Aİ yeni böyük sanksiya paketinin qəbulunu gözləmədən Rusiyaya dair qara siyahısını genişləndirir.

Məryəm Quliyeva