12:20
805
Yaxın günlərdə ABŞ Ukrayna ilə əldə edilən razılaşmalarla bağlı Rusiya ilə danışıqlar aparacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
Siyasətçi qeyd edib ki, bundan sonra Ukrayna nümayəndə heyəti həftəsonu (20-21 dekabr) Vaşinqtonda ABŞ prezidenti Donald Trampın komandası ilə yenidən görüşə bilər.
“Yaxşı, bu görüşdən sonra görəcəyik. Liderlər səviyyəsində, ən azı ABŞ Prezidenti ilə görüşü nəzərdən keçirəcəyik”, - deyə Zelenski bildirib.
Məryəm Quliyeva