Ermənistanda hərbi xidmət müddəti azaldılıb Dünya

Ermənistanda hərbi xidmət müddəti azaldılıb

Ermənistan Parlamenti məcburi hərbi xidmət müddətini iki ildən bir il yarıma (18 ay) endirən qanun layihəsini ikinci və son oxunuşda qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Sənədin qəbul edilməsinin lehinə altmış beş deputat, əleyhinə dörd deputat, bitərəf qalan isə 20 deputat səs verib.
Dəyişikliklər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.
Qanuna edilən dəyişiklik müqaviləli hərbi qulluqçuların sayının artırılması yolu ilə məcburi xidmət müddətinin azaldılmasını nəzərdə tutur.
Dəyişikliklərin qəbul edilməsi ilə 2027-ci ilin ikinci yarısından etibarən məcburi xidmətin təşkili xərclərinin də azalacağı gözlənilir. Bu, 2026-cı ilin yanvar ayında başlayan xidmət müddətinin 2027-ci ilin iyul ayında başa çatması ilə əlaqədardır.

Məryəm Quliyeva