Almaniyanın havadan müdafiə qüvvələrinin Polşadakı missiyası başa çatıb Dünya

Almaniyanın havadan müdafiə qüvvələrinin Polşadakı missiyası başa çatıb

Almaniya özünün havadan müdafiə qüvvələrinin Polşadakı missiyasının başa çatdığını elan edib.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, Polşadakı "Patriot" havadan müdafiə sistemləri missiyanın başa çatması səbəbilə Almaniyaya geri gətirilib.

“Patriot sistemlərinin Almaniyaya gətirilməsindən sonra belə, ölkəmiz NATO-nun şərq cinahının ərazisinin və tərəfdaşlarımızın qorunmasına öz töhfələrini davam etdirəcək”, - nazirlik bildirib.