İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
17 Dekabr 2025 08:15
2 331
Venesuela ABŞ-dan saxlanılan tankerin heyətinin dərhal azad edilməsini, oğurlanmış neftin qaytarılmasını və qanuni neft ticarətinə müdaxiləni dayandırmasını tələb edib.
APA xəbər verir ki, bu barədə xarici işlər naziri İvan Gil Pintonun BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubunda bildirilib.
"Venesuela hökuməti ABŞ hökumətindən qaçırılan heyəti dərhal və qeyd-şərtsiz azad etməyi, açıq dənizlərdə qanunsuz olaraq müsadirə edilən Venesuela neftini geri qaytarmağı və Venesuela neftinin qanuni ticarətinə hər hansı bir güc tətbiqini və ya müdaxiləni dayandırmağı tələb edir", - məktubda deyilir.