Avstraliyada insanlara hücum edən şəxsə qarşı irəli sürülən ittihamlar məlum olub Dünya

Avstraliyada insanlara hücum edən şəxsə qarşı irəli sürülən ittihamlar məlum olub

Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi Sidneydə insanlara hücum edən 24 yaşlı Navid Əkrəmə qarşı 59 bənd üzrə ittiham irəli sürüb. Onlardan 15-i qətl və terror aktı törətməklə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə polisin açıqlamasında bildirilir.

Navid Əkrəm terror aktı törətməkdə, öldürmək niyyəti ilə bədən xəsarəti yetirməkdə, həmçinin binada və ya binanın yaxınlığında partlayıcı qurğu yerləşdirməkdə, ağır bədən xəsarəti yetirmək niyyəti ilə odlu silahdan istifadə etməkdə və terror simvollarını ictimaiyyətə nümayiş etdirməkdə ittiham olunur.

Qeyd edək ki, Avstraliyanın Sidney şəhərində yerləşən “Bondi” çimərliyində 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücum törədilib. Hücum edənlər 50 yaşlı Sacid Akram və onun 24 yaşlı oğlu Navid Akram olublar. Ata Sacid Akram polis tərəfindən güllələnərək hadisə yerində öldürülüb, oğul Navid Akram isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumatlara əsasən, ata və oğul İŞİD terror qruplaşmasına bağlı olublar.