Gecə ərzində Rusiya bölgələri üzərində 94 Ukrayna PUA-sı vurulub Dünya

Gecə ərzində Rusiya bölgələri üzərində 94 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri üzərində 94 Ukrayna PUA-sını ələ keçirib məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Dronlar növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Rostov vilayəti üzərində 36 PUA, Belqorod vilayəti üzərində 17 PUA, Voronej vilayəti üzərində 15 PUA, Xəzər dənizi üzərində yeddi PUA, Samara və Həştərxan vilayətləri üzərində altı PUA, Azov dənizi üzərində beş PUA, Kursk vilayəti və Krasnodar diyarı üzərində isə bir PUA vurulub.

Məryəm Quliyeva