Almaniya Putinlə birbaşa danışıqlara çağırır Dünya

Almaniya Putinlə birbaşa danışıqlara çağırır

Almaniya parlamentindəki Xristian Sosial Birliyi (XSS) parlament fraksiyasının dövlət qrupunun rəhbəri Aleksandr Hoffman Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoqa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Handelsblatt" qəzeti sitat gətirib.

Hoffmann bildirib ki, "Avropa özünü bu arenada bir oyunçu kimi görməlidir. Biz Avropa maraqlarını təmsil etməliyik və bu, Putinlə danışıqlarda edilə bilər və edilməlidir".

Parlament üzvü qeyd edib ki, Rusiya ilə mümkün danışıqlar zamanı Aİ ölkələri "vahid səslə" danışmalıdırlar.

Məryəm Quliyeva