10:34
1 043
ABŞ prezidenti Donald Tramp bir neçə Amerika televiziya kanalını kəskin tənqid edərək, onların xəbər və əyləncə proqramlarının ona və Respublikaçılar Partiyasına qarşı həddindən artıq mənfi olduğunu iddia edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" səhifəsində bildirib.
"Əgər şəbəkə xəbər buraxılışları və onların axşam şouları Prezident Donald Trampa, MAGA (Amerikanı Yenidən Böyük Edək) hərəkatına və Respublikaçılar Partiyasına qarşı demək olar ki, 100% mənfi mövqedədirsə, onların dəyərli yayım lisenziyaları ləğv edilməməlidirmi? Mən bəli deyərdim!" - deyə o yazıb.
O, həmçinin CBS, ABC və NBC-də axşam əyləncə proqramlarının aparıcılarını tənqid edərək, onların "istedad çatışmazlığı, yüksək maaşlar və son dərəcə aşağı reytinqlər" paylaşdıqlarını qeyd edib.
Məryəm Quliyeva
- FOTO