Misirdə beşmərtəbəli bina çökdü: 8 nəfər ölüb Dünya

Misirdə beşmərtəbəli bina çökdü: 8 nəfər ölüb

Misirin Giza şəhərində beşmərtəbəli binanın çökməsi nəticəsində səkkiz nəfərin öldüyü bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, Misir mətbuatında yer alan xəbərlərə görə, çərşənbə axşamı paytaxt Qahirənin cənubundakı Giza şəhərinin İmbaba rayonunda beşmərtəbəli bina çöküb.

Dağıntı yerində iki gün davam edən axtarış-xilasetmə işlərindən sonra uçqun zamanı səkkiz nəfərin həyatını itirdiyi bildirilib. Hadisə nəticəsində yaxınlıqdakı bəzi binalara ziyan dəydiyi və təhlükəsizlik qiymətləndirmələri başa çatana qədər ehtiyat tədbiri olaraq binaların təxliyə edildiyi bildirilir.

Səlahiyyətlilər bildiriblər ki, küçənin darlığı səbəbindən ağır texnika əraziyə daxil ola bilməyib və buna görə də zibillərin təmizlənməsi əməliyyatları qruplar tərəfindən əl ilə həyata keçirilib.

İş üzrə ekspert mühəndislik komitəsinin təyin edildiyi və tikinti qaydalarının pozulub-pozulmadığını müəyyən etmək üçün araşdırmaların davam etdirildiyi açıqlanıb.

Məryəm Quliyeva