16:24
595
Yaponiyanın Şizuoka prefekturasında bir kişinin bıçaqla hücumu nəticəsində Yokohama Gomu Mişima Koqyo təkər fabrikində ən azı 15 işçi yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə NHK televiziya kanalı polisə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, səkkiz nəfər bıçaqlanıb, altı nəfərin üzərinə naməlum maye tökülüb.
Ölüm halları barədə məlumat yoxdur və yaralılara tibbi yardım göstərilir.
Şübhəli şəxs, 38 yaşlı kişi saxlanılıb və araşdırma aparılır.
Məryəm Quliyeva