27 Dekabr 11:23
27 Dekabr 10:56
09:09
875
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-dan Qəzzada növbəti hərbi əməliyyata başlamaq üçün razılıq istəyə bilər. Bu barədə CNN məlumat yayıb. Məlumata görə, İsrailin baş naziri ABŞ-a səfəri zamanı ölkə prezidenti Donald Trampdan Qəzzada yeni hərbi əməliyyata razılıq verməsini istəyə bilər.
İsrailin Baş nazirinin bu cür istəyi olrsa ABŞ prezidenti təkrar əməliyyatlarla bağlı razılıq verə bilərmi sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.
Politoloq bildirdi ki, "Qəzza ən siyasiləşmiş məsələ olaraq qalır: Tramp sülh müqaviləsinin növbəti mərhələsində irəliləyiş istəyir, Netanyahu isə əlavə güzəştlərə müqavimət göstərən sağçı koalisiyasının təzyiqi ilə üzləşir. Netanyahu atəşkəsin uzadılmasına razılıq verməzdən əvvəl Qəzzada yeni bir əməliyyat üçün təsdiq alacağına ümid edir. Bu, əlavə güzəştlərdən əvvəl tərəfdaşlarını məmnun etmək üçün son güc nümayişi olacaq. İsaril Baş naziri qarşılıqlı öhdəliklərdə təklif edə bilər.
İndiki vəziyyətdə Trampın bilavasitə dəstəyi ilə İsrailin genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını düşünmürəm. Çünki, hazırda Trampın başı Ukraynadakı müharibəni bitirməyə və maksimum dərəcədə ölkəsinin buradan daha çox dividendlər qazanaraq çıxmasına yönəlib.
Belə bir şəraitdə İsrail yeni bir savaşa başlayarsa, bu Amerikanın da nüfuzuna müəyyən qədər zərbələr endirə bilər. Hesab edirəm ki, bu barədə danışmaq tezdir. Nəinki İsrail, başqa hər hansı bir ölkə, qruplaşma olsun, Amerikanın indiki vəziyyətdə müharibəyə başlamağı üçün həmin ölkəyə və yaxud böyük qüvvələrə yaşıl işıq yandıracağı real görünmür".
Cavid
