12:13
637
Bu gün Kamboca və Tailandın xarici işlər nazirləri Çinin xarici işlər naziri Vanq Yi ilə üçtərəfli görüş keçiriblər.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilir ki, bu görüşü təşkil etməklə Cənub-Şərqi Asiyanın bu iki ölkəsi arasında baş verən sərhəd münaqişəsində daha güclü vasitəçilik rolunu oynamağa çalışır.
Üçtərəfli görüş Çin Respublikasının cənub-qərbində, mübahisəli sərhədin şimalında keçirilmib. Bu görüş Tayland və Kambocanın sərhəd boyunca həftələrdir davam edən döyüşləri dayandırmaq üçün yeni atəşkəs razılaşması imzalamalarından iki gün sonra baş tutub. Bu döyüşlərdə 100-dən çox insan həlak olub və sərhədin hər iki tərəfində yüz minlərlə insan təxliyə olunub.
Çin xarici işlər Naziri Vanq Yi regional sülh, sabitlik və inkişafın təşviqi üçün birgə səylər göstərməyə çağırıb.
“Müharibənin alovlarının yenidən yanmasına icazə vermək, həm iki ölkənin xalqının, həm də Çin kimi sizin dostunuzun istədiyi bir şey deyil. Buna görə də biz qətiyyətlə gələcəyə baxmalı və irəliləməliyik,” — Vanq görüş zamanı bildirib.
Kamboca xarici işlər Naziri Prak Soxon son atəşkəsin davam edəcəyinə inandığını və bunun hər iki ölkəyə münasibətlər üzərində işləmək üçün şərait yaradacağını bildirib.
Tayland xarici işlər Naziri Sihasak Phuanqketkeov isə qonşu ölkələr arasında sülhün bərqərar olacağına ümidini ifadə edib.