HƏMAS-ın Qəzza hərbi qanadının lideri Məhəmməd Sinvar öldürülüb Dünya

HƏMAS-ın Qəzza hərbi qanadının lideri Məhəmməd Sinvar öldürülüb

Fələstin HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının lideri və sözçüsünün ölümünü təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə radikalların yeni sözçüsü açıqlama verib.

"İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd Sinvar Qəzzada öldürülüb. Biz həmçinin qrupun rəsmi sözçüsü Əbu Ubeydənin öldürüldüyünü təsdiqləyirik, lakin onun işini davam etdirəcəyik", - deyə HƏMAS-ın hərbi qanadının yeni sözçüsü vurğulayıb. Onun adı hələlik açıqlanmayıb.

Məryəm Quliyeva