MKİ Venesuela sahillərindəki limana hücum edib Dünya

MKİ Venesuela sahillərindəki limana hücum edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dekabr ayında Venesuela sahillərindəki narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən bir limana hücum edib.

Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Venesueladan narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən bir əraziyə hücumu təsdiqləmiş, lakin hücuma məruz qalan obyektin yeri ilə bağlı məlumat verməmişdi.