30 Dekabr 2025 08:15
1 673
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya rəsmi icazə olmadan BƏƏ-dən Yəmənin əl-Mukalla limanına gedən iki gəmiyə hava hücumu təşkil edib.
Bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiya sözçüsü Turki əl-Malikiyə istinadən məlumat yayıb.
"Koalisiya qüvvələri bu səhər iki gəmidən boşaldılmış silah və hərbi texnikanı hədəf alaraq məhdud hərbi əməliyyat keçiriblər", - məlumatda deyilir.