Suriya əskinaslarındakı Bəşər Əsədin portreti zeytun təsvirləri ilə əvəz olunacaq Dünya

Suriya əskinaslarındakı Bəşər Əsədin portreti zeytun təsvirləri ilə əvəz olunacaq

Suriya prezidenti Əhməd əl-Şaraa keçmiş prezident Bəşər Əsəd və atası Hafiz Əsədin portretlərinin yerinə çiçək, portağal və zeytun təsvirlərinin yer aldığı yeni əskinasların dizaynını təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Prezident ölkədə yeni əskinasların tətbiqinin Suriya üçün bir dövrün sonunu və yeni bir mərhələnin başlanğıcını qeyd edən bir denominasiya ilə əlaqəli olduğunu söyləyib. O qeyd edib ki, tut, portağal, zeytun və buğda sünbüllərinin təsvir olunacağı yeni əskinaslar Suriyanın irsini əks etdirir və dollardan asılılığı azaltmaq məqsədi daşıyır.
Dəyişiklikdən əvvəl 2000 funt sterlinqlik əskinasda Bəşər Əsədin portreti, 1000 funt sterlinqlik əskinasda isə atasının portreti var idi. Qalan əskinaslarda Suriyanın mədəni irs obyektləri təsvir olunmuşdu.

Məryəm Quliyeva