İrana qarşı hücuma sərt cavab veriləcək​​​​​​​ Dünya

İrana qarşı hücuma sərt cavab veriləcək​​​​​​​

İrana qarşı hər hansı bir hücuma dərhal sərt cavab veriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın təhdidlərindən sonra İranın Ali Lideri Əli Şamxaninin müşaviri X sosial şəbəkəsində bildirib.

"İstənilən hücum planlaşdırıcıların bütün gözləntilərini aşan sərt və dərhal cavab verəcək", - deyə o yazıb.

Şamxani qeyd edib ki, İranın müdafiə doktrinasında "bəzi əks tədbirlər hətta təhlükə reallaşmamışdan əvvəl müəyyən edilir".Onun sözlərinə görə, İranın raket və müdafiə imkanları "idarəolunmazdır və icazə tələb etmir".

Bir gün əvvəl Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında İranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bildirib.

O, həmçinin bildirib ki, İran ABŞ-ın iyun ayında vurduğu raket proqramlarından fərqli olaraq raket proqramını bərpa etmək üçün yeni obyektlər tikə bilər. Lakin o, hələlik bunun təsdiqinin olmadığını vurğulayıb.

Noyabr ayında İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib ki, Tehran artıq İranın nüvə proqramı ilə bağlı məsələləri Aİ-3 ilə müzakirə etmək niyyətində deyil.

Məryəm Quliyeva