30 Dekabr 2025 09:54
1 540
Ötən gecə Ermənistanda müxalif “Vətən” Partiyasının baş katibi Xaçik Qalstyan saxlanılıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki,
Vaqarşapatda həmin partiyanın digər nümayəndəsi – Aram Koçaryanın da saxlanıldığı məlum olub.
Bu barədə siyasi qüvvənin mətbuat katibi Ripsime Arakelyan sosial şəbəkələrdə yazıb.