5 Yanvar 12:31
1 015
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya danışıqlarında vasitəçilik etməkdə davam edəcəyini bildirib.
Bunu Türkiyə Prezidenti “Bloomberg“ə müsahibəsində deyib.
Ərdoğan bunun üçün onun digərləri ilə müqayisədə üstünlüyü olduğunu qeyd edib.
“Türkiyə həm Putin, həm də Zelenski ilə birbaşa danışa bilən yeganə aktor kimi çıxış edir”, - deyən Ərdoğan qapının hər kəs üçü açıq olduğunu vurğulayıb.