İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
6 Yanvar 10:42
1 680
Türkiyəyə məxsus gəmi Kerç boğazında saya oturub.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, gəmidə 11 nəfərlik ekipaj olub.
Qeyd edilib ki, təxliyə prosesi təhlükəsiz şəkildə həyata keçirilib.
“Qara dənizdə Kerç boğazının cənubunda saya oturan Türkiyəyə məxsus “HAPPY ARAS” adlı gəmidəki 3-ü türk olmaqla 11 nəfərlik ekipajın hamısı koordinasiyalı və təhlükəsiz şəkildə gəmidən təxliyə edilib. Ekipaj üzvlərinin səhhəti yaxşıdır. Hadisə ilə bağlı vəziyyət izlənilir”,- məlumatda vurğulanıb.