“İstəklilər Koalisiya”sı Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsini müzakirə edəcək Dünya

“İstəklilər Koalisiya”sı Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsini müzakirə edəcək

Bu gün Parisdə “İstəklilər Koalisiya”sının iclasında iştirak edəcək ölkələrin liderləri üzərlərinə beş əsas bənddən ibarət öhdəliklər götürəcəklər. Bura dəstək üçün Ukraynada çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi də daxildir.

APA xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda”ya Yelisey Sarayının adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Onun sözlərinə görə, iclasda müzakirə ediləcək əsas məsələlər atəşkəsin təmin edilməsi və onun monitorinqi, Ukrayna Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi, çoxmillətli qüvvələrin yerləşdirilmə formatı, Rusiyanın yeni təcavüzü zamanı müttəfiqlərin öhdəlikləri və uzunmüddətli müdafiə əməkdaşlığı olacaq.

Mənbə qeyd edib ki, iclasın əsas məqsədi “İstəklilər Koalisiya”sı çərçivəsində mümkün addımlar barədə qərar qəbul etmək və onları ABŞ tərəfi ilə koordinasiya etməkdir.