ABŞ Venesuelanın daxili işlər nazirindən Vaşinqtonun maraqlarına mane olmamağı tələb edib Dünya

ABŞ Venesuelanın daxili işlər nazirindən Vaşinqtonun maraqlarına mane olmamağı tələb edib

ABŞ rəsmiləri Venesuelanın daxili işlər naziri Diosdado Kabeloya xəbərdarlıq göndərərək bildiriblər ki, o, ölkənin müvəqqəti hakimiyyətinin ABŞ-ın tələblərini yerinə yetirməsinə mane olacağı təqdirdə həyatı təhlükə ilə üzləşə bilər.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, amerikalı rəsmilər vasitəçilər yolu ilə Kabeloya çatdırıblar ki, əgər o, tələblərə tabe olmazsa, onu da Nikolas Maduronun aqibəti gözləyə bilər və ya həyatı real təhlükə ilə üz-üzə qala bilər.