Çinin şimal-qərbində 5,2 bal gücündə zəlzələ baş verib Dünya

Çinin şimal-qərbində 5,2 bal gücündə zəlzələ baş verib

Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, günün erkən saatlarında 5,2 bal gücündə zəlzələ qeydə alınıb və onun episentri Sincan Uyğur Muxtar Bölgəsinin Daşkurqan Tacik Muxtar Bölgəsində olub.
Təxminən 10 kilometr dərinlikdə qeydə alınan zəlzələ ilkin məlumatlara görə, heç bir tələfat və ya dağıntı ilə nəticələnməyib. Bəyanatda yerli nəqliyyat və rabitə şəbəkələrinin, eləcə də elektrik şəbəkəsinin zəlzələdən təsirlənmədiyi, gündəlik həyatın və istehsal fəaliyyətlərinin normal davam etdiyi bildirilib.

Məryəm Quliyeva