İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 Yanvar 08:33
1 631
İranda 11 gündür davam edən etirazlar nəticəsində 34 etirazçı və 4 hüquq mühafizə orqanı əməkdaşı həlak olub.
APA xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İranda İnsan Haqları Fəallarının (HRANA) internet saytında dərc olunmuş hesabatda deyilir.
Hesabatda ölkə üzrə ümumilikdə 348 yerdə baş verən etirazlarda onlarla insanın yaralandığı və 2217 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, İran hökuməti etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verməyib.