ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45
8 Yanvar 22:45
8 Yanvar 22:36
8 Yanvar 15:22
8 Yanvar 10:19
1 008
“ABŞ-nin Paris görüşündə təhlükəsizlik zəmanətləri ilə bağlı birgə sənədə imza atmaması Ukrayna məsələsində Qərb daxilində koordinasiya problemlərinin davam etdiyini göstərdi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
O bildirib ki, “İstəklilər koalisiyası”nın bəyannaməni təkbaşına imzalaması Vaşinqtonun öhdəlikləri möhkəmləndirməkdə tərəddüd etdiyini və Tramp administrasiyasının xarici siyasətdə prioritetləri yenidən ölçüb-biçdiyini göstərən siyasi siqnaldır: “Parisdə səslənən nikbin açıqlamalar ABŞ-nin Avropanı dəstəkləmək barədə iradəsinin dəyişmədiyini deməyə çalışsa da, faktiki addım — imzadan imtina — həm Avropada, həm də Kiyevdə narahatlıq doğurur. Bu situasiya xüsusilə ABŞ-də prezidentlik dəyişiklikləri fonunda təhlükəsizlik öhdəliklərinin davamlılığına dair sualları daha da dərinləşdirir”.
A.Nəsirovun sözlərinə görə, eyni zamanda, ABŞ-nin Ukraynaya mümkün müdaxiləni tənzimləyən çoxmillətli qüvvələrlə bağlı əvvəlki layihədən geri çəkilməsi də diqqətçəkən məqamdır: “Sənəddə yer alan “hücum halında qüvvələri dəstəkləmək” və “kəşfiyyat-logistika yardımı göstərmək” kimi maddələrin çıxarılması, Vaşinqtonun bilavasitə hərbi öhdəlikdən qaçdığını göstərir. Bu dinamika Avropa İttifaqını daha çox “özünə güvənən təhlükəsizlik modeli” yaratmağa məcbur edə bilər. Maraqlıdır ki, AB liderləri Trampın qitədə etibarlılıq problemi yaradan açıqlamalarını — Maduro məsələsi, Qrenlandiya iddiaları kimi — açıq tənqid etməsələr də, mövcud vəziyyət Vaşinqtonun strateji öhdəliklərinin sabitliyinə dair ciddi suallar yaradır. Bu mənzərə Ukraynanın gələcək təhlükəsizlik arxitekturası üçün əsas dilemma doğurur: Avropanın öz təhlükəsizliyini hansı həddə qədər ABŞ-dən asılı saxlaması yenidən müzakirəyə çıxır”.
Röya İsrafilova
8 Yanvar 23:00
896
8 Yanvar 22:59
980
8 Yanvar 22:12
980