ABŞ-da dəfn mərasimində silahlı hücum: Çox sayda ölü və yaralı var Dünya

ABŞ-da dəfn mərasimində silahlı hücum: Çox sayda ölü və yaralı var

ABŞ-ın Yuta ştatındakı kilsə ərazisində keçirilən dəfn mərasimi zamanı baş verən silahlı hücumda iki nəfər ölüb, səkkiz nəfər yaralanıb, onlardan üçü ağır vəziyyətdədir.

Xalqcebhesi.az xəbər verir ki, "ABC News"un Solt Leyk Siti Polis Departamentinə istinadən verdiyi məlumata görə, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin iclas evində keçirilən dəfn mərasimində atışma baş verib.
Məlumatdan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.
Hücum nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb, onlardan üçü ağır vəziyyətdədir və yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Təhlükəsizlik qüvvələri kilsə ətrafındakı bəzi yolları nəqliyyatın hərəkəti üçün bağlayıb və hücumu həyata keçirən şəxs və ya şəxslərin tutulması üçün səylər davam edir.
ABŞ mediasının yerli sakinlərə istinadən verdiyi məlumata görə, iclas zalında keçirilən mərasimdə mübahisə baş verib, ardınca silah səsləri eşidilib.

Məryəm Quliyeva