Tramp: Nadir torpaq metalları ilə bağlı saziş ABŞ-ın Ukrayna üzrə vasitəçiliyinin şərti olub Dünya

Tramp: Nadir torpaq metalları ilə bağlı saziş ABŞ-ın Ukrayna üzrə vasitəçiliyinin şərti olub

Prezident Donald Tramp Vaşinqtonun Kiyev hakimiyyəti ilə nadir torpaq metalları üzrə sazişinin ABŞ-ın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində iştirakını davam etdirməsi üçün şərt olduğunu bildirib.

Tramp bu açıqlamanı Fox News telekanalına müsahibəsində verib.

Onun sözlərinə görə, irəliləmək üçün ABŞ-ın bu resurslara ehtiyacı var:

“Dedim ki, əgər irəliləmək istəyiriksə, bizə nadir torpaq metalları lazımdır. Biz xərclədiyimiz pulları geri almaq istəyirik”.

ABŞ prezidenti əlavə edib ki, ümumilikdə Ukraynadakı münaqişə ABŞ-a birbaşa təsir göstərmir:

“Bilirsiniz, bu, bizi elə də çox maraqlandırmır. Bu, həqiqətən də belədir”.