Tramp: ABŞ Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlarına başlayacaq Dünya

Tramp: ABŞ Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlarına başlayacaq

ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında fəaliyyət göstərən narkokartellərə qarşı quru əməliyyatlarına başlanılacağını bildirib.

Tramp bu barədə yanvarın 8-də "Fox News" telekanalına açıqlama verib.

Onun sözlərinə görə, ABŞ narkotiklərin dəniz yolu ilə ölkəyə qaçaqmalçılığının 97 faizinin qarşısını alıb və indi quru ərazilərdə kartellərə zərbələr endirməyi planlaşdırır.

ABŞ prezidenti zərbələrin hansı ölkələrin ərazisində endirilə biləcəyini dəqiqləşdirməyib.