ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə bağlı xəbərdarlıq edib Dünya

ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın Kiyevdəki səfirliyi yaxın günlər ərzində Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hava hücumu təhlükəsi barədə xəbərdarlıq edib.

Bu barədə diplomatik nümayəndəliyin rəsmi saytında məlumat dərc edilib.

Məlumata görə, səfirlik istənilən vaxt baş verə biləcək mümkün genişmiqyaslı zərbələrlə bağlı xəbərdarlıq alıb.

Bu səbəbdən ABŞ vətəndaşlarına hava həyəcanı elan edildiyi halda dərhal sığınacaqlara getmək tövsiyə olunub.

Qeyd olunur ki, söhbət Ukraynanın bütün regionları üçün təhlükədən gedir.

Səfirlik eyni zamanda hava təhlükəsi zamanı görülməli ilkin tədbirlərlə bağlı tövsiyələr də təqdim edib.