Zaxarova: Tramp "Mariner" ekipajından iki Rusiya vətəndaşını azad edəcək Dünya

Zaxarova: Tramp "Mariner" ekipajından iki Rusiya vətəndaşını azad edəcək

Rusiyanın xahişinə cavab olaraq, ABŞ Prezidenti Donald Tramp "Mariner" tankerinin ekipajından iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib. Moskva bu addıma görə minnətdarlığını bildirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Diplomat qeyd edib ki, "Müraciətimizə cavab olaraq, ABŞ Prezidenti Tramp əvvəllər Şimali Atlantikada əməliyyat zamanı Amerika tərəfi tərəfindən saxlanılan "Mariner" tankerinin heyətindəki iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib. Biz bu qərarı alqışlayırıq və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk".

Zaxarova bildirib ki, Rusiya tərəfi Rusiya vətəndaşlarının vətənlərinə "tez bir zamanda qayıtmasının təmin edilməsi ilə bağlı bütün məsələlər üzrə təcili praktik işə" başlayır.

Məryəm Quliyeva