“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
9 Yanvar 15:55
2 436
Türkiyənin xarici işlər naziri Hakan Fidan və suriyalı həmkarı Əsəd əl-Şeybani arasında telefon danışığı olub.
APA “Anadolu”ya istinadən xəbər verir ki, telefon danışığında Hələbdə baş verən hadisələr müzakirə edilib.
Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi Hələbin Suriya Demokratik Qüvvələrinin əlində olan ərazilərində atəşkəs elan edildiyini bəyan edib.
Xatırladaq ki, SDQ-yə verilən vaxt artıq başa çatıb. Suriya ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək üçün PKK/YPG mövqelərini bombalamağa başlayıb.
Hələbdə SDQ və Suriya ordusu arasındakı toqquşmalarda ölən mülki şəxslərin sayı 21-ə çatıb, 55 nəfər yaralanıb.
100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini tərk edib.
19 Mart 21:48
994
19 Mart 19:35
959
19 Mart 17:27
980