Əraqçi: İranda iğtişaşlarda ABŞ və İsrailin roluna dair dəlillərimiz var
Ağadadaş Ağayev: Mənimlə bağlı verilən qərarı yüksək dəyərləndirirəm
Cari il ARDNF-yə CQD layihəsi üzrə 400 mln. manatdan çox daxilolma proqnozlaşdırılır
“Hadisələrin zorakılıq müstəvisinə keçməsi vəziyyəti daha ağırlaşdırır”
10:47
693
Avstraliya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İrandan mümkün qədər tez çıxmağı tövsiyə edib.
Bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Nazirlik xəbərdarlıq edib ki, ölkədə davam edən etirazlar yaxın vaxtlarda İranı tərk etməyi qeyri-mümkün edə bilər.
Məlumatda qeyd olunub ki, hazırda ölkəni tərk etmək üçün kommersiya imkanları mövcuddur, lakin bu imkanlar getdikcə məhdudlaşır. Xəbərdarlıqda vurğulanıb ki, hava məkanının bağlanması və uçuşların ləğvi istənilən vaxt baş verə bilər və bu halda sonradan İrandan çıxmaq mümkün olmayacaq.
Nazirlik, eyni zamanda, bildirib ki, tövsiyəyə baxmayaraq İranda qalmağa qərar verən şəxslər öz təhlükəsizliklərinə görə tam məsuliyyət daşıyırlar. Avstraliya hökuməti belə şəxslərə uzunmüddətli sığınacağa hazır olmağı, kifayət qədər su, qida və dərman ehtiyatlarının təmin edilməsini tövsiyə edib.