ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
12 Yanvar 11:29
2 219
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın müdafiəsiz olduğunu bildirib.
Tramp bunu jurnalistlərə açıqlamasında deyib.
“Qrenlandiya, mahiyyət etibarilə, müdafiəsizdir. Onların cəmi iki it xizəyi var. Bilirsinizmi, onların müdafiəsi nədən ibarətdir? İki it xizəyindən”, — ABŞ lideri bildirib.
Tramp qeyd edib ki, ABŞ Qrenlandiya üçün onların Amerikaya ehtiyacından qat-qat daha vacibdir. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə strateji maraqlara malikdir.
ABŞ Prezidenti Qrenlandiya ilə bağlı niyyətlərinin ciddi olduğunu da vurğulayıb.
“Biz icarə və ya qısamüddətli istifadə haqqında danışmırıq. Söhbət birbaşa ilhaqdan gedir. Əgər biz bunu etməsək, Rusiya və ya Çin edəcək. Mən buna imkan verməyəcəyəm”, — Tramp bildirib.
Tramp Qrenlandiya ilə razılaşma əldə etməyə üstünlük verdiyini desə də, mövqeyini sərt şəkildə ifadə edib: “Mən onlarla razılaşma bağlamaq istərdim — bu daha asandır. Amma bu və ya digər şəkildə, biz Qrenlandiyanı əldə edəcəyik”.
14 Mart 09:21
1 435
14 Mart 09:20
1 316
14 Mart 09:19
1 281