18:15
714
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcı Vladimir Solovyovun açıqlamalarına sərt reaksiya verərək onu “it” adlandırıb.
APA xəbər verir ki, Rubinyan bu barədə “Facebook”da bildirib.
Erməni vitse-spiker qeyd edib ki, “it hürür, karvan gedir”.
O vurğulayıb ki, burada “it” deyərkən Solovyovu nəzərdə tutur və onu “rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni” kimi xarakterizə edib.
Rubinyanın sözlərinə görə, “karvan” isə “sülh və inkişaf yolunda əmin addımlarla irəliləyən Ermənistan”dır.
Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib. Bundan isə Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.