12 Yanvar 21:36
12 Yanvar 21:27
12 Yanvar 21:14
09:12
539
ABŞ Dövlət Departamenti 2025-ci ildə 100 mindən çox xarici vətəndaşa verilmiş vizanı ləğv edib ki, bu da Prezident Co Bayden administrasiyasının son ili olan 2024-cü illə müqayisədə iki dəfədən çoxdur.
Bu barədə APA-nın ABŞ Bürosu ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzinə istinadən məlumat yayıb.
Dövlət Departamentinin sözçüsü bildirib ki, bu göstərici bütün dövrlər üzrə rekord hesab olunur və Prezident Donald Trampın vəzifəsinin ilk günündə xarici yoxlamaların sərtləşdirilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra qeydə alınıb. Məlumata görə, 2024-cü ildə ABŞ 40 minə yaxın vizanı ləğv etmişdi.
Qeyd olunur ki, ləğv edilən vizaların böyük əksəriyyəti işgüzar və turizm məqsədilə verilmiş vizalara aiddir. Bununla yanaşı, hazırda 8 min tələbə və 2 min 500 ixtisaslaşmış işçi ABŞ-da qalmaq hüququnu itirib.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, vizaları ləğv olunan tələbə və işçilərin əksəriyyəti hüquq-mühafizə orqanlarının məlumatına əsasən cinayət fəaliyyəti ilə əlaqədə olub