İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
13 Yanvar 10:59
1 652
İranda etirazlardan sonra internet bərpa edilməsə də, xaricə zənglər mümkün olub.
APA xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Qeyd edilib ki, İranda ölkə miqyasında baş verən etirazlardan sonra internet və beynəlxalq zənglərin kəsilməsinə baxmayaraq, ötən gün xaricə zəng etmək mümkün olub.
Məlumata görə, Tehranda bir neçə nəfər “Associated Press“ə zəng edərək agentliyin əməkdaşı ilə əlaqə saxlaya bilib.
İrandakı mənbələr bildirir ki, mesajlaşma xidməti hələ də işlək vəziyyətdədir.
Qeyd edək ki, İran hakimiyyəti etirazların şiddətlənməsi fonunda “təhlükəsizliyi” əsas gətirərək yanvarın 8-dən interneti kəsib.