Ötən il Ermənistanda 30 hərbçi ölüb Dünya

Ötən il Ermənistanda 30 hərbçi ölüb

2025-ci ildə Ermənistan ordusunun 30 hərbi qulluqçusu ölüb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, onlardan 24-ü hərbi xidmətlə bağlı olmayan səbəblərdən, 6 nəfəri isə xidmətlə əlaqədar ölüb.

Ölüm səbəblərinə ildırım vurması, elektrik cərəyanı, intihar və sağlamlıq problemləri daxildir.

“Fərdi münasibətlərdə qətl halları qeydə alınmayıb”, - Papikyan qeyd edib.

Papikyan ordunun siyasi proseslərdə iştirakına da münasibət bildirib. O, bunu istisna edib.